Başlama vaxtı: 26.02.2021 15:00
Bitmə vaxtı: 26.02.2021 16:30
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun 26.02.2021-ci il saat 15:00-da “Zoom” onlayn platforması vasitəsilə növbəti iclasının keçirilməsi nəzərdə tutulur. İclasda bank sisteminin dayanıqlığının artırılması üçün nəzarət çərçivəsinin təkmilləşdirilməsi; iqtisadi artıma dəstək verən kreditlərin artımının təmin edilməsi üçün tənzimləyici və dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması məqsədilə təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi; kreditlərin verilməsi zamanı qoyulan girovların qiymətləndirilməsi sahəsində problemlərin həlli ilə bağlı təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi və qeyri-işlək aktivlərin idarə olunması ilə bağlı hüquqi çərçivənin və hüquqi mexanizmlərin formalaşdırılmasına dair birgə müzakirәlәr aparılacaqdır.
YER: “Zoom” onlayn platforması.