“Əmlakın qeydiyyatı” işçi qrupunun iclası

Başlama vaxtı: 30.01.2020 15:00

Bitmə vaxtı: 30.01.2020 17:00

“Əmlakın qeydiyyatı” işçi qrupunun 30 yanvar 2020-ci il tarixində saat 15:00-da növbəti iclasının keçirilməsi nəzərdə tutulmuşdur. İclasda “Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üzrə əmlakın qeydiyyatı sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üçün İcra və Kommunikasiya Planı”nın icrası istiqamətində görülmüş işlərin müzakirəsi aparılacaqdır.

Əsas müzakirə mövzusu daşınmaz əmlakın alqı-satqısı və qeydiyyatı ilə bağlı Ədliyyə Nazirliyi ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında elektron əlaqənin təkmilləşdirilməsi və daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrin rəsmiləşdirilməsi zamanı müvafiq ödənişin avtomatlaşdırılmış qaydada hesablanması üçün əmlakın aid olduğu zona barədə məlumatın real vaxt rejimində əldə edilməsi ilə bağlı görülmüş işlər olacaqdır.

 

İclas zamanı həmçinin işçi qrupunun fəaliyyəti ilə bağlı cari işlərin və əmlakın qeydiyyatı sahəsində praktiki məsələlərin müzakirəsi gözlənilir. Bununla yanaşı, növbəti iclasın gündəliyinə daxil edilməsi üçün təkliflərin müzakirəsi də planlaşdırılır.

 

YER: Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binası (Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 135, “Elmlər Akademiyası   metrosunun yanı)

 

GÜNDƏLİK - 30.01.2020 “Əmlakın qeydiyyatı” işçi qrupunun iclası