“Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun iclası

Başlama vaxtı: 14.12.2021 15:00

Bitmə vaxtı: 14.12.2021 17:35

“Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi” İşçi qrupunun növbəti iclasının 14.12.2021-ci il tarixində saat 15:00-da video-konfrans formatında keçirilməsi nəzərdə tutulur.

İclasda İşçi qrupunun əvvəlki iclasının Protokollarında qərara alınmış tədbirlərin və 2021-ci il üçün Fəaliyyət Planının icra vəziyyəti, İşçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planının layihəsinin müzakirəsi aparılacaq.

Ədliyyə və İqtisadiyyat nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Mərkəzi Bankın nümayəndələrinin iclasda iştirak etməsi nəzərdə tutulur.

GÜNDƏLİK - 14.12.2021 - "Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi" işçi qrupunun iclası