“Səhiyyə “ işçi qrupunun iclası

Başlama vaxtı: 20.12.2021 10:00

Bitmə vaxtı: 20.12.2021 12:00

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın “Səhiyyə “ işçi qrupunun 20 dekabr, 2021-ci il tarixində, saat 10.00-da video- konfrans formatında iclasının keçirilməsi nəzərdə tutulmuşdur.

İclasda işçi qrupunun, əvvəlki iclasın Protokolunda qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat veriləcək, eyni zamanda Sağlam qidalanma və sağlam həyat tərzi sahəsində aparılmış islahatlar, Azərbaycanda yol infrastrukturunun yaxşılaşdırılması sahəsində görülən işlər, reabilitasiya infrastrukturu DALY indeksi və Covid-19-la bağlı statistikaya təsiri və Azərbaycanda bu sahədə aparılmış sorğu və tədqiqatlar və bu göstəricilərin daha da yaxşılaşdırılması istiqamətində müzakirələr aparılacaqdır. İclasda İcbari Sığorta üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Dövlət Statistika komitəsi, Azərbaycan Respublikası Dövlət Statistka Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi, Səhiyyə Nazirliyi, və SN ictimai Səhiyyə və İslahatlar Mərkəzinin Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə” işçi qrupunun aidiyyatı nümayəndələri ilə yanaşı olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Bakı Nəqliyyat Agentliyinin nümayəndələrinin iştirakı nəzərdə tutulur.

GÜNDƏLİK - 20.12.2021 - “Səhiyyə “ işçi qrupunun iclası