Mahmudov Samir Alı oğlu
11 iyun 1987-ci ildə anadan olub.
Təhsili:
2009-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini bitirib.
2013-cü ildə Bakı Dövlət Universitenin Hüquq fakültəsinin magistr pilləsini Konstitusiya hüququ ixtisaslaşması üzrə bitirib.
2015-2016-cı illərdə ABŞ-ın Nyu-York ştatında yerləşən Sirakuz Universitetinin Hüquq Kollecində hüquq üzrə magistratura pilləsində təhsil alıb.
Əmək fəaliyyəti:
2011-2013-cü illərdə Nizami Rayon Prokurorluğunda prokuror köməkçisi, 2013-2015-ci illərdə isə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində prokuror və böyük prokuror vəzifələrində çalışıb. Eyni zamanda, Fransanın paytaxtı Paris şəhərində yerləşən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) Korrupsiyaya qarşı mübarizə məsələləri üzrə ekspert qismində fəaliyyət göstərib.
2016-2021-ci illərdə OMNİ hüquq şirkətində hüquqşünas, böyük hüquqşünas və baş hüquqşünas vəzifələrində işləyib.
2021-ci ilin iyul ayından 2022-ci ilin iyul ayına qədər BONAFİDE hüquq şirkətinin İdarəedici Partnyoru qismində çalışıb.
15 iyul 2022-ci il tarixdən Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru vəzifəsinə təyin edilib.
İngilis və rus dillərini bilir.
Ailəlidir, iki övladı var.