Samir Rauf oğlu Şərifov
7 sentyabr 1961-ci ildə anadan olmuşdur.
Təhsili:
1983-cü ildə Ukraynada, Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib , magistr dərəcəsi almışdır.
Əmək fəaliyyəti:
1983 – 1991-ci illərdə SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində Bakıda və xaricdə (Yəmən Xalq demokratik Respublikası), iqtisadçı;
1991 - 1995-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, idarə rəisinin müavini;
1995-2001-ci illərdə Azərbaycan Respublikası Milli Bankında, Departament Direktoru, Baş Direktor;
2001-2006- cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru;
2006- cı il aprel ayından Azərbaycan Respublikasının maliyyə naziri;
Eyni zamanda Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktor;
2003-2006- cı illərdə Mineral Ehtiyatların Hasilatı İlə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyasının sədri.
Ailəlidir, üç övladı var.