Vüsal Əfras oğlu Qasımlı

7 Aprel 1975-ci il tarixində Azərbaycan Respublikası İmişli şəhərində anadan olub.

Təhsili

1992-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil alıb,

2004-cü ildə Gürcüstan İctimai Əlaqələr İnstitutunda Jurnalistika ixtisası üzrə ikinci magistr təhsili alıb,

2009-cu ildə iqtisad üzrə fəlsəfə doktoru və 2017-ci ildə iqtisad elmləri doktoru alimlik dərəcəsini müdafiə edib,

2021-ci ildə Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində "İqtisadi artımın idarəedilməsi" mövzusunda rəhbər kadrlar proqramının məzunu olub,

2022-2023-cü illərdə Oksford Universitetində strategiya və innovasiya üzrə magistr (Postgraduate Diploma) təhsili alıb.

Elmi və pedaqoji fəaliyyəti

2010-2014-cü illərdə UNEC-də Xüsusi İstedadlar Qrupu və MBA proqramı üzrə pedaqoji fəaliyyətlə məşğul olub,

Harvard Universiteti, Vaşinqton UniversitetiKaliforniya UniversitetiQahirə Amerika Univeristeti, Seulun Hanyan və Hankuk Universitetləri və Rio-de-Janeyro Universitetində ictimai mühazirələr oxuyub,

2013-cü ildə Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunda qonaq alim kimi çalışıb,

2013-cü ildə dosent elmi adı verilib,

2020-ci ildən Prezident yanında Dövlət İdarəçilik Akademiyasında professor vəzifəsində çalışır,

Azərbaycan, rus, koreya və ingilis dillərində 10 kitabı və 500-ə qədər elmi və publisistik məqaləsi var.

Əmək fəaliyyəti

2000 - 2003-cü illərdə Ekspress qəzetinin redaksiyasında iqtisadi məsləhətçi,

2005-ci ildə  “ANS-PRESS Nəşriyyat evi” MMC-də iqtisadi icmalçı,

2005-2007-ci illərdə “ANS-PRESS Nəşriyyat evi” MMC-də prezident olub.

2009-2011-ci illərdə Azərbaycan İctimai-Siyasi Universitetində kafedra müdirinin müavini olub.

2007-2011-ci illərdə Avropa İttifaqı, Dünya Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (JİCA) və bir sıra beynəlxalq qurumların həyata keçirdiyi layihələrdə çalışıb.

2011-2016-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.

2015-ci ildə Böyük İyirmiliyin beyin mərkəzlərinin T20 platformasında Azərbaycanı təmsil edib.

2016-cı ildə Asiya İnkişaf Bankının iqtisadi inkişaf məsələləri üzrə məsləhətçisi olub.

2016-cı ildən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorudur.

2021-ci ildə BMT-nin Asiya və Sakit Okean Komissiyasının milli koordinatoru təyin olunub.

Təltifləri

2012-ci ildə Astana İqtisadi Forumunun və Avrasiya Alimlərinin İqtisadi Klubunun mükafatını alıb.

2018-ci ildə "Tərəqqi" medalı ilə təltif edilib.

2022-ci ildə "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı ilə təltif edilib.

 

Vüsal Qasımlı Azərbaycan, ingilis, rus və A1 səviyyədə ispan dillərini bilir.

Ailəlidir, üç övladı var.