Vüsal Rahim oğlu Şıxəliyev

 

1981-ci il sentyabrın 2-də anadan olmuşdur.


Təhsili:

  • Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr (iqtisadiyyatın dövlət tənzimlənməsi) və magistratura (vergi və vergitutma) pilləsini bitirib.
  •  
  • Bakı Dövlət Universiteti, İqtisadiyyatın riyazi və instrumental üsulları, İqtisad üzrə fəlsəfə doktoru (elmi şura, 2009).
  •  
  • 2023-cü ildə Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində İqtisadi inkişaf istiqaməti üzrə 12 aylıq təhsil proqramını ("Executive Education") bitirib ("İqtisadi artımın idarəedilməsi – LEG23", "Dövlət siyasətinin tətbiqi – IPP23").

 

Əmək fəaliyyəti:

1. fevral 2002 – sentyabr 2004, Vergilər Nazirliyinin mətbu orqanı, iqtisadi analitik;

2. oktyabr 2004 – sentyabr 2013, Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsi, baş dövlət vergi müfəttişi, daha sonra Strateji araşdırmalar və tədqiqatlar şöbəsinin rəisi;

3. oktyabr 2013 – dekabr 2015, Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsi, Xarici ölkələrin vergi sisteminin tədqiqi şöbəsinin rəisi;

4. yanvar 2016 – mart 2018, Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Departamenti, direktor müavini;

5. aprel 2018 – dekabr 2019, Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi;

6. dekabr 2019 – hal-hazıradək, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri.

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.

Ailəlidir, 2 övladı var.