Yaqub Abdulla oğlu Eyyubov
1945-ci il oktyabrın 24-də Bakı şəhərində anadan olmuşdur.
Təhsili:
ali, texnika elmləri doktoru, professor, Beynəlxalq Mühəndis Akademiyasının akademiki, Azərbaycan
Mühəndis Akademiyasının akademiki.
Bitirdiyi təhsil müəssisəsinin adı: Azərbaycan Politexnik İnstitutu, aspirantura
Əmək fəaliyyəti:
18.02.1964-02.11.1964, Leytenant Şmidt adına Maşınqayırma zavodu;
27.11.1964-04.12.1968, ordu sıralarında xidmət;
24.10.1970-09.10.1972, Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinin komsomol komitəsinin
katibi, institutun komsomol komitəsi katibinin müavini;
01.09.1972-01.01.1973, Azərbaycan Politexnik İnstitutu, baş laborant;
03.12.1973-15.11.1975, Bakı şəhəri Oktyabr rayon PK, Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun
partiya komitəsi katibinin müavini;
06.11.1975-06.06.1983, Azərbaycan Mühəndis-İnşaat İnstitutu, baş müəllim, dosent, dekan müavini,
dekan vəzifəsini icra edən;
06.06.1983-29.02.1992, Azərbaycan Mühəndis-İnşaat İnstitutu, elmi işlər üzrə prorektor;
29.02.1992-14.03.1997, Azərbaycan Mühəndis İnşaat İnstitutu, “Qruntların mexanikası, bünövrələr və
özüllər, yeraltı qurğular” kafedrasının müdiri;
15.03.1997-10.07.1999, Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə
Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi, sədri;
10.07.1999-13.02.2003, Azərbaycan Respublikası Baş nazirinin müavini;
13.02.2003 - h/h, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.
1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, YAP-ın Siyasi Şurasının üzvü, YAP Nazirlər Kabineti
Aparatı Ərazi təşkilatının sədridir