Next meeting of the Working Group on "the Connection to the Power Supply Networks" was held

2020-ci ilin 06 fevral tarixində keçirilmiş iclasda biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədi ilə sahibkarlıq subyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulmasının asanlaşdırıması üzrə 2019-cu il ərzində həyata keçirilmiş işlərin cari ildə də davam etdirilməsinin əhəmiyyəti vurğulanmışdır.

Bununla əlaqədar, 2019-cu il üzrə “Azərişıq” ASC-nin “EMİOS” elektron xidmətindən istifadə zamanı qarşıya çıxan problemlərin yaranma səbəbləri müzakirə edilmiş və onların aradan qaldırılmasına dair aidiyyəti üzrə müvafiq göstərişlər verilmişdir.

Bundan əlavə, iclasa dəvət edilmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələrinin iştirakı ilə sahibkarlıq subyektlərinin elektrik enerjisi təchizatına qoşulması sahəsində Texniki Şuranın fəaliyyəti ilə bağlı yaranan çətinliklərə dair müzakirələr aparılmışdır.

2019-cu ilin ikinci yarımilliyi üçün İcra və Kommunikasiya Planının 1.1.2. bəndinə əsasən, yeni elektron xidmətin müvafiq beynəlxalq təşkilatların beynəlxalq mükafatına namizəd kimi göstərilməsi ilə bağlı görülən işlərin cari vəziyyəti barədə məlumat verilmişdir.

Həmçinin bildirilmişdir ki, iclasda sahibkarlıq subyektlərinin elektrik enerjisi təchizatına qoşulması üzrə prosedurların sadələşdirilməsi sahəsində aparılmış islahatlar barədə KİV vasitəsilə sahibkarların və ümumilikdə ictimaiyyətin mütəmadi məlumatlandırılması işləri davam ediriləcəkdir.

İclasa Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Azərişıq” ASC, “Azərenerji” ASC, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və “Ekvita” şirkətinin nümayəndələri qatılmışdır.