"Əmək bazarı” işçi qrupunun növbəti iclası keçirilmişdir.

İclasda İşçi qrupun 2022-ci il üçün Fəaliyyət Planın ilkin layihəsi və nəzərdə tutulan görüləcək tədbirlər müzakirə edilmişdir. İşçi qrupun rəhbəri, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini cənab Anar Kərimov tərəfindən indikatorların və hədəflərin düzgün müəyyən edilməsi, eyni zamanda işçi qrupu daxilində səmərəli əməkdaşlığın vacibliyi diqqətə çatdırılmışdır. Bununla yanaşı ƏƏSMN-nin əməkdaşları Rəşad Zalov ötən dövr ərzində görülmüş işlər barədə məlumat vermiş, Nərgiz Həbibova isə “Qadın, Biznes və Hüquq”  hesabatında ölkəmizin mövqeyinin yaxşılaşdırılması istiqamətində irəli sürülən təklifləri iclas iştirakçılarının diqqətinə çatdırmışdır.

İclasın sonunda dövlət qurumlarının nümayəndələri ilə yanaşı, özəl sektorun və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən növbəti ilin Fəaliyyət planının təkmilləşdirilməsi və görüləcək işlərlə bağlı müzakirələr aparılmışdır.