"Xarici ticarət və ticarət tarifləri" üzrə İşçi qrupunun növbəti iclası keçirilmişdir

24 iyun 2021-ci il tarixində video-konfrans formatında Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Xarici ticarət və ticarət tarifləri" üzrə İşçi qrupunun növbəti iclası keçirilmişdir. İclası İşçi qrupun rəhbəri, İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Xəzər Bəşirov giriş sözü ilə açaraq üzvləri salamlamış və ötən dövr ərzində ölkəmizin ixrac-idxal əməliyyatlarının asanlaşdırılması, xarici ticarət qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər və əldə edilmiş nəticələr haqqında iclas iştirakçılarını məlumatlandırmışdır.

Tədbirin gündəliyinə uyğun olaraq, İqtisadiyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin 2021-ci ilin ötən dövrü ərzində görülmüş işlərlə bağlı çıxışları dinlənilmiş, daha sonra İşçi qrupda təmsil olunan aidiyyəti qurumların nümayəndələri ilə birlikdə müzakirələr aparılmış, müvafiq təkliflər verilmişdir.