“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib.

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının İnsan Kapitalı İşçi qrupunun onlayn formatda növbəti iclası keçirilib.

İclası açıq elan edən İnsan Kapitalı işçi qrupunun sədri, nazir müavini İ.İsayev gündəlikdə duran məsələlər, iclasın yeni reqlamenti və işçi qrupun üzvlərinin gələcəkdə görməli işləri barədə çıxış etdi.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri V.Şıxəliyev hesabatlılıq sistemindəki yeni dəyişikliklər, müasir dövrün tələblərindən olan çevik idarəetmə sisteminin üstünlükləri, hər bir işçi qrupun rüblük hesabat müzakirələrinin təşkil edilməsi və iclaslarda cari görülmüş işlərin işçi qrupunun rəhbərləri tərəfindən qiymətləndilməsi, hesabatlarla bağlı Komissiya tərəfindən hər rüb üzrə monitorinq və qiymətlədirilmənin işçi qrupların rəhbərlərinin iştirakı ilə aparılacağı barədə çıxış etdi.

İşçi qrupunun katibi C.Hüseynli İnsan Kapitalı işçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlər üzrə 1-ci rüb ərzində görülmüş işlərlə bağlı məruzə edərək Fəaliyyət Planının icrası məlumat verdi. Bundan başqa məlumatların toplanması prosesində qarşıya çıxan problemlər və müvafiq indikatorlar üzrə statistik məlumatları iclas iştirakçılarının nəzərinə çatdırdı.

İşçi qrupunun üzvləri hesabatla bağlı çıxış edərək, təmsil etdikləri qurumlar tərəfindən görülmüş işlərə dair məlumatları səsləndiriblər.

Bundan əlavə, İşçi qrupun fəaliyyəti ilə bağlı cari məsələlər və qarşıda duran məsələlər müzakirə olunub.