Cari ilin 28 noyabr tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Beynəlxalq ticarət işçi qrupunun iqtisadiyyat nazirinin birinci müavini cənab Elnur Əliyevin rəhbərliyi ilə növbəti iclası keçirilmişdir.
İclasda işçi qrupun “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Beynəlxalq ticarət” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”ndə əksini tapan tədbirlər, həmin tədbirlərin icraçıları və icra müddətləri barədə məlumatlar təqdim edilmişdir.
İclasda həmçinin Yol Xəritəsinin icrası ilə bağlı işçi qrupun fəaliyyətinin təşkilinə dair müzakirələr aparılmış, icra prosesinin sürətləndirilməsi və qarşıda duran növbəti addımlar ilə bağlı müvafiq tövsiyələr verilmişdir.
İclasda işçi qrupun üzvü olan dövlət qurumlarının və özəl sektorun nümayəndələri, həmçinin Komissiyanın Katibliyi təmsil olunmuşdur.