“Fiziki infrastruktur” üzrə İşçi qrupun növbəti iclası keçirilib.

Azərbaycan Respublikası Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın Fiziki infrastruktur üzrə işçi qrupunun 25 noyabr 2021-ci il tarixində “Microsoft Teams” onlayn platforması vasitəsilə növbəti iclası keçirilmişdir.

İşçi qrupunun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovun sədrliyi ilə keçirilmiş iclasda Komissiya tərəfindən monitorinq qrupunun yaradıldığını və hər bir işçi qrup üzrə 2021-ci ilin Fəaliyyət Planının icra vəziyyətinin müxtəlif meyyarlarla qiymətləndirilməsinin aparıldığı iştirakçılara bildirildi.

Qarşılıqlı müzakirələr formatında keçirilmiş toplantıda qiymətləndirmənin nəticələri ilə bağlı monitorinq qrupunun ekspertlərilə ayrıca görüşün təşkil edilməsi ilə bağlı qərar qəbul olundu.

Sonra, növbəti il üçün Fəaliyyət Planının hazırlanmasına dair qurumlar tərəfindən təqdim olunmuş təkliflər müzakirə edilib, Fəaliyyət Planı layihəsinə daxil edilməsi nəzərdə tutulan tədbirlərin daha konkret şəkildə və icra müddətləri dəqiq göstərilməklə verilməsi və bu istiqamətdə işlərin sürətləndirilməsi qərara alınmışdı