“Fiziki infrastruktur” üzrə İşçi qrupun növbəti iclası keçirilib.

Azərbaycan Respublikası Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın Fiziki infrastruktur üzrə işçi qrupunun cari ilin yekunlarına dair 23 dekabr 2021-ci il tarixində online növbəti iclası keçirilib.

İşçi qrupunun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov iclası açıq elan edərək 2021-ci il ərzində qrupun fəaliyyəti barədə ətraflı məlumat verib.

Tədbirdə qrupun əvvəlki iclasının Protokolundakı qərarların icra vəziyyəti, 2021-ci il üçün Fəaliyyət Planında əks olunmuş tədbirlərin icrasının qiymətləndirilməsi və bu qiymətləndirmənin nəticələri haqqında hesabat iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Sonra növbəti ildə görüləcək işlər və İşçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planının layihəsi müzakirə edilib.