“Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” işçi qrupunun 26 noyabr 2021-ci il tarixində “Zoom” platforması üzərindən növbəti iclası keçirilmişdir.
İclasda İşçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin, o cümlədən Mülki, Mülki Prosessual və Vergi məcəllələrinə təklif edilən dəyişikliklər və digər tədbirlərin icrası, bununla bağlı qarşıda duran mühüm vəzifələrin müzakirəsi keçirilmişdir. Bununla yanaşı İşçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planının layihəsinə daxil edilməsi təklif edilən bir sıra məsələlərlə əlaqədar, eləcə də şirkətlərdə elektron sənəd dövriyyəsinin təşkili, elektron imzadan istifadə, səhmdarların birjadankənar əməliyyatların, alqı-satqı əqdlərinin notarial qaydada rəsmiləşdirilməsi zamanı qarşılaşdıqları problemlərin fikir mübadiləsi aparılmışdır. Onlayn formada keçirilən görüşdə aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə yanaşı özəl sektorun, o cümlədən “Deloitte & Touche”, “PwC Azerbaijan” şirkətlərinin və bir sıra digər təşkilatların nümayəndələri yaxından iştirak etmişlər.
Eyni zamanda, İşçi qrupunun növbəti iclasında müzakirə ediləcək məsələlərə dair fikir mübadiləsi aparılmışdır.