Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupunun 03.06.2022-ci il saat 15:00-da “Zoom” onlayn platforması vasitəsilə növbəti iclası keçirilmişdir.
Onlayn platforma üzərindən təşkil edilən iclasda Dünya Bankı Qrupunun “Әlverişli Biznes Mühiti” layihәsinin “Mübahisələrin həlli” indikatoru üzrə diaqnostika matrisasının tәrtibinin və İşçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planının layihəsinin Ədliyyə və İqtisadiyyat nazirliklərinin, Mərkəzi Bankın, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələrinin və İşçi qrupunun üzvlərinin iştirakı ilə müzakirəsi aparıldı.
İclas zamanı səsləndirilmiş fikirlər əsasında “Әlverişli Biznes Mühiti” layihәsinin “Mübahisələrin həlli” indikatoru üzrə diaqnostika matrisasının hazırlanması qərara alındı.