“Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun növbəti iclası keçirilmişdir.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupunun 28.10.2021-ci il saat 10:00-da “Zoom” onlayn platforması vasitəsilə növbəti iclası keçirilmişdir.

Onlayn platforma üzərindən təşkil edilən iclasda Elektron hərrac informasiya sistemi üzrə hazırlanmış portalın təqdimatı edildi və Ədliyyə Nazirliyi tərəfindən məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı hərracların elektron qaydada təşkili və keçirilməsi ilə əlaqədar hazırlanmış normativ hüquqi aktların layihələri aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müzakirə edildi.

Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış layihələrlə bağlı aidiyyəti qurumların təkliflərinin yazılı formada təqdim edilməsi, bu təkliflər əsasında layihələrin bir daha nəzərdən keçirilməsi və İşçi qrupunun növbəti iclasında layihələrin yekun variantının müzakirə edilməsi iclas zamanı qərara alındı.

İclasa Ədliyyə, İqtisadiyyat və Maliyyə nazirliklərinin, Mərkəzi Bankın, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin və İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri qatılmışdır.