“Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun növbəti iclası keçirilmişdir.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupunun 18.10.2021-ci il saat 15:00-da “Zoom” onlayn platforması vasitəsilə növbəti iclası keçirilmişdir.

Qlobal pandemiya ilə əlaqədar onlayn platforma üzərindən təşkil edilən iclasda işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası üzrə görülmüş işlərlə bağlı, İşçi qrupun 19.08.2021-ci il və 27.08.2021-ci il tarixli iclaslarında qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumatlar tədbirlər üzrə səlahiyyətli şəxslər tərəfindən verilmişdir.

Fəaliyyət Planında müəyyən edilmiş tədbirlərlə əlaqədar iclas zamanı müzakirəsi aparılan məsələlərin icrasının təmin edilməsi və İşçi qrupunun növbəti il üçün fəaliyyət planının layihəsinin hazırlanması istiqamətində işlərin görülməsi qərara alınmışdır.

İclasa Ədliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Mərkəzi Bankın, Məhkəmə-Hüquq Şurasının, Dövlət İmtahan Mərkəzinin, Elektron Hökumətin İnkişafı Mərkəzinin və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri qatılmışdır.