“Səhiyyə “ işçi qrupunun növbəti iclası keçirilmişdir.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın “Səhiyyə “ işçi qrupunun 17 noyabr , 2021-ci il tarixində, saat 15.00-da video- konfrans formatında iclası keçirildi.

İclasda işçi qrupunun gündəlikdə yer alan məsələləri, Sağlam ömür uzunluğu, doğularkən gözlənilən ömür uzunluğu (HALE) Əlilliklə əlaqəli ömür uzunluğu (DALY), Azərbaycanda əhali üçün bu göstəricilərin hesablanma qaydası və hazırki göstəricilər, əhalinin sağlamlığının qorunması və sağlam ömür illərinin artırılması ilə bağlı bəzi əsas məqamların müzakirəsi aparılmış, səhiyyə sektorunda dövlət-özəl tərəfdaşlığı, bu sahədə beynəlxalq təcrübələr bunun iqtisadi və sosial əhəmiyyəti, mövcud vəziyyətin dəyərləndirilməsi, kiçik və orta biznesin inkişafının səhiyyə sahəsinə təsiri barədə geniş danışılmışdır. İşçi qrupunun rəhbəri Səhiyyə Nazirinin müavini, Rahim Aliyev Azərbaycan Respublikası Prezidentinin Komissiyanın Səhiyyə işçi qrupunun iclasını açıq elan edərək sözü İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi üzrə lisenziyalaşdırılma sektorunun müdiri Xalid Balakişiyevə verdi. X. Balakişiyev Biznes mühiti ilə bağlı göstəricilərin yaxşılaşdırılması ilə əlaqədar aparılan islahatlar, dövlət-özəl tərəfdaşlığı sahəsində aparılan araşdırmalar, buna müvafiq beynəlxalq təcrübələr, nəzərdə tutulan pilot layihə, cari ilin oktyabrayında KOBİA və İcbari Tibbi sığorta Agentliyinin nümayəndələrindən ibarət heyətin Türkiyədə iştirak etdiyi təlim və onu məqsədləri barədə məlumat verdi. Daha sonra Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi Statistik innovasiyaların tətbiqi şöbəsi, şöbə rəisinin müavini Səadət Rəhimova 2011- 2021-ci illər üçün Azərbaycan əhalisi üçün gözlənilən ömür uzunluğu barədə son informasiya, Əlillik vəziyyətində Ömür Uzunluğu və Sağlam vəziyyətdə yaşanacaq ömür uzunluğu , əlilliyin bu sahəyə olan təsirləri barədə geniş məruzə etmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji Təhlil Departamentinin rəhbəri Araz Nəsirov çıxış edərək dünya təcrübəsində xəstə məmnuniyyəti təcrübələri, bu modelin Azərbaycanda səhiyyə sektorunda tətbiqinin əhəmiyyətindən və bir sıra aktual məsələlərdən danışmışdır. İclas zamanı iştirakçılara təqdim edilən məlumatlar geniş şəkildə müzakirə olunmuş, sualları cavablandırılmışdır.