“Səhiyyə sistemi “işçi qrupunun video- konfrans formatında növbəti iclası keçirilmişdir

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupunun 24 oktyabr 2023-cü il tarixində, saat 14:00-da video- konfrans formatında Səhiyyə Nazirliyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Dövlət Statistika Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzi və TƏBİB-in nümayəndələrinin, eləcə də işçi qrupun digər üzvləriini iştirakı ilə növbəti iclası keçirildi.

Görüş zamanı işçi qrupun əvvəlki iclasında verilmiş tapşırıqların icra vəziyyəti müzakirə olunmuş və bu istiqamətdə görülmüş işlər barədə iştirakçılara ətraflı məlumat verildi.

Eyni zamanda, iclasda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə “9109 qısa nömrəli Çağrı Mərkəzi” tərəfindən görülən işlər, habelə regionlarda tibbi xidmətin əlçatanlığının digər illərlə müqayisəsi, dializ mərkəzlərinin fəaliyyəti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ambulator xidmətin təşkili üzrə görülmüş işlər, dərman vasitələrinin təchizatı və bir sıra digər məsələlər geniş şəkildə müzakirə olundu.

İclasın sonunda növbəti görüş üçün işçi qrupun üzvlərinə müvafiq tapşırıqlar verildi.