“Su Şəbəkəsinə Qoşulma” işçi qrupunun növbəti iclası keçirilib

10 iyul 2023-cü il tarixində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Su Şəbəkəsinə qoşulma” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.

 İşçi qrupun rəhbəri, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovun sədrliyi ilə keçirilən iclasda Dünya Bankının “B-Ready” hesabatının “Utility Services” indikatorunun “Access to Water” alt-indikatoru üzrə cavablandırılmış sorğu vərəqələrinin və qiymətləndirmə nəticələrinin təqdimatı və müzakirəsi olmuşdur.

Dünya Bankının “Business-Ready” hesabatının “Kommunal xidmətlər (Su təchizatı)” indikatoru üzrə sorğunun və qiymətləndirmə cədvəllərinin doldurulması ilə bağlı görülmüş işlər barədə məlumat verilib, hər bir komponent üzrə qiymətləndirmə meyarları ətrafında fikir mübadiləsi aparılıb.

İclasda işçi qrupun üzvü olan dövlət qurumlarının nümayəndələri, həmçinin Komissiyanın Katibliyi təmsil olunub.