İyun ayının 18-də Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Daxili İşlər Nazirliyinin rəhbərlik etdiyi “Risklərin təhlili” işçi qrupunun 2025-ci il üçün Fəaliyyət Planı üzrə onlayn formatda ilk iclası keçirilib.
“Risklərin təhlili” işçi qrupunun rəhbəri, daxili işlər nazirinin müavini polis general-leytenantı cənab İsmət Əliyevin iştirakı ilə keçirilən iclasda İşçi Qrupun 2025-ci il üçün Fəaliyyət Planının 1-ci bəndinə əsasən, iqtisadi risklər – dövlət, korporotiv, məişət xarakterli borc (yaxud digər maliyyə) öhdəlikləri ilə bağlı məsələlər müzakirə olunub, iclasda İqtisadiyyat və Maliyyə nazirliklərinin mütəxəssislərinin fikirləri səsləndirilib.
İclasın yekununda İşçi qrupunun üzvlərinin təkliflərinin ümumiləşdirilərək Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyaya təqdim olunması qərara alınıb.