Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq” işçi qrupunun növbəti iclası keçirilmişdir

27 dekabr 2022-ci il tarixdə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq” işçi qrupunun növbəti iclası keçirilmişdir.

Onlayn platforma qaydasında təşkil edilən iclasda Azərbaycan Respublikasının Baş Prokurorluğu, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Hesablama Palatası, “Şəffaflıq-Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə” İctimai Birliyi, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyi, “KPMG Azərbaycan Limited”, “Azercell”, “Azerconnect”, “Agro Diary” şirkətləri və digər qurumların nümayəndələri iştirak etmişlər.

İşçi qrupunun rəhbəri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Asəf Sarıkişiyevin sədrliyi ilə keçirilmiş iclasın gündəliyinə uyğun olaraq, aidiyyəti dövlət orqanlarının nümayəndələri tərəfindən işçi qrupun 2022-ci il üzrə “Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı görülmüş işlər barədə ətraflı məlumat verilmişdir.

İclasın davamında işçi qrupun 2023-cü il üçün “Fəaliyyət Planı”nın hazırlanmasına dair ətraflı fikir mübadiləsi aparılmış, iclasda iştirak edən vətəndaş cəmiyyəti institutları və özəl sektorin nümayəndələri tərəfindən sözügedən “Fəaliyyət Planı”nın tərtibi ilə bağlı zəruri təkliflər irəli sürülmüş, habelə, müvafiq layihənin müasir yanaşmaların tətbiqi ilə formalaşdırılmasının vacibliyi qeyd edilmişdir.