Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi “işçi qrupunun növbəti iclası keçirilmişdir

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi “işçi qrupunun 2 aprel 2024-ci il tarixində saat 15.00-da iclası keçirilmişdir.

Görüşdə 2024-cü il üzrə Fəaliyyət Planında nəzərdə tutulan tədbirlər, yeniliklər, hədəflər eyni zamanda keçən ilin yekunlarına dair icmal səhiyyə sistemi işçi qrupunun katibi tərəfindən iclas iştirakçılarına təqdim edilmişdir. Təqdimatda hesabat ili ərzində Fəaliyyət Planı əsasında görülmüş tədbirlərin icra vəziyyəti barədə hər bir üzv qurum tərəfindən əsas məlumatların qısa xronikası öz əksini tapmış, qurumların  yekun fəaliyyətini əks-etdirən slaydlar nümayiş olunmuşdur.

 Video - konfrans formatında baş tutan tədbirdə sahibkarlıq subyektlərindən daxil olmuş müraciətlərdə qaldırılan məsələlərə dair geniş müzakirələr aparılmış  və həlli yolları barədə təkliflər dinlənilmişdir. Sözügedən məsələ ətrafında, həmçinin qida təhlükəsizliyi sahəsində özəl müayinə laboratoriyalarının sayının məhdud olması, qida təhlükəsizliyi sahəsində göstərilən xidmətlər üzrə tariflərin sahibkarlar tərəfindən yüksək hesab edilməsi barədə işçi qrup nümayəndələri arasında geniş müzakirələr aparılmış, Qida Təhlükəsizliyi Agentliyinin tərəfindən mövcud məsələyə münasibət bildirilmişdir.

Komissiya Katibliyinin rəhbərinin, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələrinin iştirak etdiyi  görüşdə növbəti iclasda müzakirəsi nəzərdə tutulan məsələlər barədə işçi qrup üzvlərinə müvafiq tapşırıqlar verilmişdir.