27 iyul 2023-cü il tarixində saat 16:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər işçi qrupunun növbəti iclası keçirilmişdir.
“Webex” platforması üzərindən həyata keçirilən iclasda Azərbaycan Respublikası Mərkəzi Bankının, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Neft Fondunun, Dövlət Statistika Komitəsinin, Energetika Nazirliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, həmçinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin təmsilçiləri iştirak etmişlər. İclasda işçi qrupunun 2023-ci ilin birinci yarısında gördüyü işlər müzakirə edilmişdir. Büdcə şəffaflığının təmin edilməsi, dövlət tənzimlənməsinin keyfiyyətinin artırılması, habelə təbii resursların idarə edilməsi indeksi üzrə görülmüş işlərlə bağlı məsələlər iclasda əsas müzakirə mövzusu olmuşdur.
Qarşılıqlı müzakirə formatında aparılan iclasın yekununda görüş iştirakçılarının sualları cavablandırılmışdır.