Elektrik təchizatı şəbəkələrinə qoşulma işçi qrupunun növbəti iclası keçirilmişdir.

İclasda İşçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planında “Doing Business” Hesabatının “Elektrikə qoşulma” indikatoru üzrə nəzərdə tutulan müvafiq tədbirlərlə bağlı görüləcək işlər barədə əsas icraçı qurum olan “Azərişıq” ASC-nin məsul şəxsi tərəfindən təqdimat edilmişdir.

Həmçinin, Fəaliyyət Planının digər tədbirləri ilə bağlı aidiyyəti üzrə görüləcək işlər barədə əsas icraçı qurumlar olan Energetika Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxsləri tərəfindən də təqdimat həyata keçirilmiş və daha sonra qarşılıqlı müzakirələr formatında davam edən görüşdə icraçılara ünvanlanmış suallar aidiyyəti üzrə cavablandırılmışdır.

İclasa Komissiyanın Katibliyinin rəhbəri cənab Vüsal Şıxəliyev, işçi qrupunun rəhbəri cənab Samir Vəliyev, eləcə də, Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Azərişıq” ASC, “Azərenerji” ASC və “Ekvita” şirkətinin nümayəndələri qatılmışdır.