Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət istiqaməti üzrə İşçi qrupunun növbəti iclası keçirilmişdir.

“Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” İşçi qrupunun 10 fevral 2021-ci il saat 11:00-da “Zoom” onlayn platforması vasitəsilə növbəti iclası keçirilmişdir.

İclasda İşçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulan tədbirlər və həmin tədbirlərin icrası ilə bağlı qarşıda duran mühüm vəzifələrin müzakirəsi keçirilmişdir.

Eyni zamanda, İşçi qrupunun növbəti iclasında müzakirə ediləcək məsələlərə dair fikir mübadiləsi aparılmışdır.