Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun növbəti görüşü baş tutmuşdur.

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun 2021-ci il 17 dekabr tarixində növbəti görüşü baş tutmuşdur.

Görüşdə İşçi qrupunun rəhbəri qismində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Gömrük Komitəsi Əqli Mülkiyyət Agentliyinin, Mərkəzi Bankın və özəl sektor nümayəndələri iştirak etmişdir.

Görüş çərçivəsində real vaxt rejimində görüşlərin distant keçirilməsi məqsədilə yerli şirkət tərəfindən hazırlanmış proqram təminatlı videokonfrans platformasının təqdimatı baş tutmuşdur.

Eyni zamanda Qlobal İnnovasiyalar İndeksi üzrə 2021-ci il üzrə göstəricilər təhlil edilmiş, təkliflər verilmiş və 2022-ci il ərizndə görüləcək işlərə dair tapşırıqlar verilmişdir.

Qlobal İnnovasiyalar İndeksi üzrə cari vəziyyətin qiymətləndirilməsi məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 3.1.1-ci (İKT-lərin əlçatanlığı) və 3.1.2-ci (İKT-lərdən istifadə) subindikatorları üzrə təqdimat baş tutmuşdur.

Görüş çərçivəsində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Texnologiyalar və innovasiyalar işçi qrupunun 2021-ci il üzrə Fəaliyyət Planına dair üzv olan dövlət qurumlarının hesabatı dinlənilmişdir.

Görüşün yekununda Texnologiyalar və innovasiyalar işçi qrupunun 2022-ci il üzrə fəaliyyət planına dair rəy və təklifləri dinlənilmiş, üzv olan dövlət orqanları tərəfindən təkliflərin ən qısa müddətdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə göndərilməsinə dair qərar qəbul edilmişdir.