29 May tarixində Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) www.azranking.az portalında istifadə qaydaları haqqında təlim keçirilib. Təlim Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın elektron kargüzarlıq sisteminin tətbiqi və bu sahədə təlimçilərin daha çox məlumatlandırılmasına həsr olunub. Təlim zamanı iştirakçılara portalın funksionallığı barədə ətraflı məlumatlar təqdim olunub. Bildirilib ki, Portal əsasən aşağıdakı platformalardan ibarətdir:
Qeyd edək ki, www.azranking.az portalın əsas platformalarından biri olan İdarəetmə və Koordinasiya Paneli (Komissiyanın elektron kargüzarlıq sistemi) 2019-cu il iyun ayının 1-dən funksional olaraq tam istifadəyə veriləcək.
Tədbir iştirakçılarına bildirilib ki, Komissiyanın elektron kargüzarlıq sistemi internet üzərindən real vaxt rejimində işləməklə Komissiyanın fəaliyyətində sənədlər üzrə kağız dövriyyəsinin minimuma endirilməsi, işçi qrupları arasında koordinasiyanın və əlaqələndirmənin səmərəliliyinin daha üst səviyyəyə yüksəldilməsinə xidmət etməklə, biznes mühiti üzrə aparılan islahatların operativ və səmərəli kommunikasiyasına geniş imkanlar yaradır.
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın elektron kargüzarlıq sistemindən Komissiyanın Katibliyinin və işçi qrupların üzvlərinin vizual olaraq məlumatlandırılması üçün yeni video çarx tərtib edilib.
Təlimdə dövlət qurumlarının 30-dan artıq nümayəndəsi iştirak edib.