Biznes islahatları istiqamətində Dünya Bankının nümayəndələri ilə görüşlər keçirildi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində ölkədə aparılan biznes islahatlarının kommunikasiya istiqamətində növbəti iclas keçirilib. Görüş zamanı Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya və onun işçi qruplarının fəaliyyəti ilə bağlı təqdimat keçirilib. Eyni zamanda, Dünya Banıkının nümayəndələri üçün xüsusi hazırlanan təqdimat zamanı dövlət satınalmaları, hüquqi şəxslərin dövlət qeydiyyatı, tikinti və elektron məhkəmə və digər sahələrdə aparılan iqtisadi islahatlar barədə məlumatlar verilib. Dünya Bankının nümayəndələri tərəfindən isə “Doing Business 2019” hesabatının nəticələri və təhlilləri ilə bağlı məlumatları əks etdirən təqdimat keçirmiş və daha sonra tərəflər arasında müzakirələr aparılıb. Tədbirdə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarının rəhbərləri və aidiyyəti üzvləri, Dünya Bankının və Beynəlxalq Maliyyə Kooperasiyasının nümayəndələri iştirak edib.