Biznes islahatları istiqamətində beynəlxalq qurumlar və Konsaltinq şirkətləri ilə görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində ölkədə aparılan biznes islahatlarının kommunikasiya prosesi davam edib. Görüş zamanı beynəlxalq qurumlar və eləcə də konsaltinq şirkətlərinin nümayəndələri üçün xüsusi hazırlanan təqdimat zamanı  dövlət satınalmaları, hüquqi şəxslərin dövlət qeydiyyatı, tikinti və elektron məhkəmə və digər sahələrdə aparılan iqtisadi islahatlar barədə məlumatlar verilib.