Ekoloji, sosial və korporativ idarəetmə prinsipləri ilə bağlı məcmuə

Ölkəmizdə ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə 2023-cü il üçün Yol Xəritəsi çərçivəsində ESG-yə dair müxtəlif məsələlər üzrə məlumatların toplandığı məcmuə hazırlanıb. 

Məcmuədə ESG üzrə ölkəmizin beynəlxalq öhdəlik və vəzifələri, qanunvericilik bazası, statistik məlumatlar, qiymətləndirmə metodologiyaları, hesabatlıq standartları və digər məsələlər öz əksini tapıb.

Biznesində ESG prinsiplərini tətbiq etmək istəyən sahibkarlar və digər maraqlı tərəflər məcmuə ilə aşağıdakı linkdə tanış ola bilərlər.

EKOLOJİ, SOSİAL VƏ KORPORATİV İDARƏETMƏ (ESG) - Məcmuə