“Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə elektron müraciət sistemi” mövzusunda təqdimat

Elektrik enerjisinin əldə edilməsi üzrə aparılmış islahatlar

“Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 25 Dekabr, 2018-ci il tarixli Fərmanına uyğun olaraq, bir çox işlər görülüb. Həyata keçirilən islahat təbirləri nəticəsində prosedurların sayı 7-dən 2-yə, sərf edilən müddət isə 41 gündən 20 günə endirilib. Həmçinin sahibkarlara elektrik enerjisi təchizatı şəbəkələrinə qoşulması üçün texniki şərtlərin o cümlədən layihə sənədlərinin hazırlanması və göndərilməsi,  həmçinin fiziki qoşulmanın təmin edilməsi məqsədilə müraciətlərin kiçik və orta biznes evlərində (KOB), “ASAN Kommunal” mərkəzlərində elektron qaydada edilməsinə imkan yaradılıb.