4-14 İyun tarixlərində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və İşçi Qrupları ilə birgə olaraq "Biznes mühti və beynəlxaq reytinqlər üzrə Komissiya"nın azranking.az internet portalında "Elektron Kargüzarlıq Sistemi"nin istifadə qaydaları haqqında işçi qrupunun üzvlərinə təlimlər keçirilmişdir. Təlim zamanı iştirakçılara portalın funksionallığı barədə ətraflı məlumatlar təqdim olunub. Komissiyanın elektron kargüzarlıq sistemi internet üzərindən real vaxt rejimində işləməklə Komissiyanın fəaliyyətində sənədlər üzrə kağız dövriyyəsinin minimuma endirilməsi, işçi qrupları arasında koordinasiyanın və əlaqələndirmənin səmərəliliyinin daha üst səviyyəyə yüksəldilməsinə xidmət etməklə, biznes mühiti üzrə aparılan islahatların operativ və səmərəli kommunikasiyasına şərait yaradılması diqqətə çatdırılıb. Sistemdən istifadə üzrə hazırlanmış "İstifadəçi təlimatı" əsasında hər bir prosedurlar ilə bağlı işçi qrupunun katibləri və məsul əməkdaşlar tərəfindən təqdimatlar keçirildikdən sonra, iştirakçıların rəyləri və təklifləri ilə bağlı müzakirələr aparılıb.