Əmək bazarı üzrə işçi qrupunun növbəti iclası olub

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 03.08.2023-cü il tarixində video-konfrans formatında növbəti iclası keçirilmişdir. İşçi qrupunun rəhbəri, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovun sədrliyi ilə keçirilmiş iclasda 2023-cü il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin birinci yarımillik üzrə icrasına dair hesabat, eləcə də Dünya Bankı tərəfindən təqdim olunan yeni “Business Ready” hesabatının müvafiq indikatoru (“İşçi qüvvəsi”) üzrə cavablandırılmış sorğu vərəqəsinə və qiymətləndirmə nəticələrinə dair təqdimatı işçi qrupunun üzvlərinə təqdim olunaraq ətraflı müzakirə olunmuş, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılmışdır. Görüşdə, eyni zamanda, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən “Meqatrendlərin analizi və əmək bazarının makroqtisadi sektor təhlilləri” mövzusunda hazırlanan təqdimat iclas iştirakçılarının diqqətinə çatdırılmışdır.

İclasda işçi qrupun üzvü olan dövlət qurumlarının və özəl sektorun nümayəndələri, həmçinin Komissiyanın Katibliyi təmsil olunmuşdur.