Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İnsan kapitalı işçi qrupunun 15.12.2021-ci il saat 15:00-da “Teams” onlayn platforması vasitəsilə növbəti iclası keçirilmişdir.
Onlayn platforma üzərindən təşkil edilən iclasda İşçi qrupunun əvvəlki iclaslarının protokollarına əsasən qərara alınmış tədbirlərin və 2021-ci il üçün Fəaliyyət Planının icra vəziyyəti, İşçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planının layihəsinin İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Dövlət Vergi Xidmətini təmsil edən nümayəndələrin iştirakı ilə müzakirəsi aparıldı. İclas zamanı səsləndirilmiş təkliflər əsasında İşçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planının layihəsinin təkmilləşdirilməsi qərara alındı.