“Səhiyyə sistemi ”işçi qrupunun video-konfrans formatında növbəti iclası keçirilib

 28 avqust 2026-cı il tarixində saat 15.00-da Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə sistemi ”işçi qrupunun video-konfrans formatında növbəti iclası keçirilmişdir.

 İclasda Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində mövcud çətinliklərə toxunulmuş, İSİM tərəfindən hazırlanmış elektron resurslar barədə məlumatlar verilmişdir. Eyni zamanda İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzi tərəfindən İşçi qrupun 6 aylıq fəaliyyətinin təhlili aparılmış, qurumların təqdim etdiyi hesabatlara dair fikir bildirilmişdir. Sonda sədr, nazir müavi növbəti iclas barədə müvafiq tapşırıqları verərək, gündəliyə salınacaq mövzulara dair qeydlərini bildirərək  bu barədə İşçi qrupun katibinə tapşırıqlarını vermişdir.