Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun 23.12.2021-ci il saat 10:00-da “Webex” onlayn platforması vasitəsilə növbəti iclası keçirilmişdir.
Qlobal pandemiya statusu olan COVID-19 virusu ilə əlaqədar onlayn platforma üzərindən təşkil edilən iclasda İşçi qrupun əvvəlki iclasının Protokolunda qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumatın verilməsi, İşçi qrupun 2021-ci il üzrə fəaliyyətinin yekunları və Fəaliyyət Planında icrası tamamlanmamış tədbirlərin icra vəziyyətinin müzakirəsi və İşçi qrupun 2022-ci il üçün Fəaliyyət Planının yekun layihəsinin müzakirəsi həyata keçirilmişdir.
Qarşılıqlı müzakirələr formatında keçən görüşün sonunda, iclas ərzində vurğulanan məsələlərə dair məqbul hesab edilən təkliflərin ümumiləşdirilərək işçi qrupu vasitəsilə dövlət-biznes dialoqu çərçivəsində Komissiyanın Katibliyinə təqdim edilməsi qərara alınmışdır.
İclasa Mərkəzi Bankın, Ədliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Banklar Assosiasiyasının, Azərbaycan Mikromaliyyə Assosiasiyasının, Azərbaycan Sığortaçılar Assosiasiyasının, Dövlət Neft Fondunun, “KPMG Audit Azərbaycan” MMC-nin, “AzFinance İnvestisiya Şirkəti” QSC-nin, “PARABOKT” ASC-nin və “Access Bank” QSC-nin nümayəndələri qatılmışdır.