Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Dünya Bankının “Əlverişli Biznes Mühiti” layihəsinin “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun 14.07.2023-cü il tarixdə saat 11:00-da video-konfrans formatında növbəti iclası keçirilmişdir.
İclasda Dünya Bankı tərəfindən təqdim olunan yeni “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru üzrə sorğu vərəqəsi və qiymətləndirmə nəticələrinə dair arayış müzakirə edilmişdir.
Onlayn platforma üzərindən təşkil edilən iclasda Ədliyyə Nazirliyinin, Bakı Apellyasiya Məhkəməsinin, Mediasiya Şurasının, Vəkillər Kollegiyasının nümayəndələri və işçi qrupunun digər üzvləri iştirak etmişdirlər.
İclas zamanı sorğu vərəqəsindəki suallar üzrə mümkün maksimum balın toplanması və daha yaxşı nəticələrin əldə olunması məqsədilə müvafiq tədbirlər görülməsi qərara alınmışdır.
Tədbir qarşılıqlı müzakirələr şəraitində davam etdirilib, görüş iştirakçılarının sualları cavablandırılıb.