Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupunun 14.12.2021-ci il saat 15:00-da “Zoom” onlayn platforması vasitəsilə növbəti iclası keçirilmişdir.
Onlayn platforma üzərindən təşkil edilən iclasda İşçi qrupunun əvvəlki iclaslarının protokollarına əsasən qərara alınmış tədbirlərin və 2021-ci il üçün Fəaliyyət Planının icra vəziyyəti, İşçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planının layihəsinin Ədliyyə və İqtisadiyyat nazirliklərinin, Mərkəzi Bankın, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin nümayəndələrinin və İşçi qrupunun üzvlərinin iştirakı ilə müzakirəsi aparıldı.
İclas zamanı səsləndirilmiş təkliflər əsasında İşçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planının layihəsinin təkmilləşdirilməsi qərara alındı.