Qlobal İnnovasiya İndeksinin 2023-cü il üzrə Hesabatının müzakirəsi məqsədilə növbəti tematik iclas keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Qlobal İnnovasiya İndeksində (Qİİ) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əsas icraçı olduğu alt-indikatorların müzakirə edilməsi məqsədilə iclas keçirilib.

İclasda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əqli Mülkiyyət Agentliyi, Dövlət Statistika Komitəsi, İİTKM və digər dövlət qurumlarının məsul şəxsləri iştirak ediblər.

İclasda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məsul olduğu aidiyyəti alt-indikatorların Qİİ 2023-cü il Hesabatındakı mövqeyi, Hesabatın 2022-ci illə müqayisəli təhlili, göstəricilərin yaxşılaşdırılması istiqamətində görülmüş tədbirlər, eləcə də növbəti Hesabatda ölkənin mövqeyinin daha da irəliləməsi üçün atılacaq addımlar müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Eyni zamanda, Qİİ-də yer alan alt-indikatorların və onların metodologiyalarının davamlı olaraq araşdırılmasının vacibliyi vurğulanıb.