“Səhiyyə “ işçi qrupunun növbəti iclası keçirilib.

20 dekabr, 2021-ci il tarixində, saat 10.00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın “Səhiyyə “ işçi qrupunun video- konfrans formatında iclası başa çatdı.

İclasda işçi qrupunun, əvvəlki iclasın Protokolunda qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat verildi, eyni zamanda Sağlam qidalanma və sağlam həyat tərzi sahəsində aparılmış islahatlar, Azərbaycanda yol infrastrukturunun yaxşılaşdırılması sahəsində görülən işlər, reabilitasiya infrastrukturu DALY indeksi və Covid-19-la bağlı statistikaya təsiri və Azərbaycanda bu sahədə aparılmış sorğu və tədqiqatlar və bu göstəricilərin daha da yaxşılaşdırılması istiqamətində müzakirələr aparıldı. İclasda İcbari Sığorta üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Dövlət Statistika komitəsi, Azərbaycan Respublikası Dövlət Statistka Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi, Səhiyyə Nazirliyi, və SN ictimai Səhiyyə və İslahatlar Mərkəzinin Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə” işçi qrupunun aidiyyatı nümayəndələri ilə yanaşı olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Bakı Nəqliyyat Agentliyinin nümayəndələri çox yaxından və fəal şəkildə iştirak edərək sağlam həyat tərzinin təbliği və bu sahədə aktual problemləri işıqlandıraraq vacib məqamlara toxunulmuşdur. Növbəti iclas üçün müzakirə ediləcək prioritet məsələləri razılaşdırılaraq buna müvafiq addımlar qərara alınmışdır.