“Texnologiya və innovasiyalar” işçi qrupu çərçivəsində keçirilən tematik iclasda Mədəniyyət Nazirliyinin mədəniyyət və yaradıcı sənayelərlə bağlı təklifləri müzakirə edilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” işçi qrupu çərçivəsində 8 may 2024-cü il tarixində tematik iclas keçirilib.

İclasda Mədəniyyət Nazirliyi tərəfindən Komissiyaya təqdim edilmiş təkliflər işçi qrupun üzvləri və ekspertlərin də iştirakı ilə ətraflı müzakirə edilib.

Mədəniyyət və yaradıcı sənayelərlə bağlı təkliflərin həm effektiv şəkildə, həm də qısa müddətdə icra edilməsi məqsədilə işçi qrupun digər üzvlərinin rəy və təkliflərinin əhəmiyyətli olduğu vurğulanıb.

İclasın əsas nəticəsi olaraq, təkliflərin əksəriyyətinin artıq işçi qrupun Fəaliyyət Planına əlavə edildiyi qeyd edilib. Həmçinin, Mədəniyyət Nazirliyinin yuxarıda qeyd olunan sənayelər üzrə qanunvericilik layihələrini hazırlaması və işçi qrupa təqdim etməsi təklif edilib.