Başlama vaxtı: 16.05.2022 15:00
Bitmə vaxtı: 16.05.2022 18:00
Təhsil Nazirliyində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının İnsan Kapitalı işçi qrupunun növbəti iclası may ayının 16-də, saat 15:00-da onlayn formatda keçiriləcək.
İclas işçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planının 1-ci rüb üzrə görülmüş işlərin və üzvlər tərəfindən təqdim edilən təkliflərin müzakirəsinə həsr olunacaq. İclasda dövlət və özəl sektor tərəfindən cari ilin birinci rübü ərzində görülmüş işlər barədə məlumatlar təqdim ediləcəkdir. Həmçinin növbəti rüblər üçün görülməli işlərlə bağlı üzvlərin təkliflərin müzakirəsi aparılacaqdır. Tədbirlərin operativ şəkildə həyata keçirilməsi məqsədilə ümumi müzakirələr aparılacaq və mövcud vəziyyət qiymətləndiriləcəkdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının İnsan Kapitalı işçi qrupunun rəhbəri qismində Azərbaycan Respublikasının Təhsil Nazirliyi çıxış edir.
GÜNDƏLİK - 16.05.2022 - "İnsan kapitalı" İşçi qrupunun iclası