Başlama vaxtı: 31.05.2022 15:00
Bitmə vaxtı: 31.05.2022 16:30
Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” işçi qrupunun 31 may 2022-ci il tarixində saat 15:00-da “Zoom” onlayn platforması vasitəsilə növbəti iclasının keçirilməsi nəzərdə tutulur.
İclasda İşçi Qrupunun əvvəlki iclasında verilmiş tapşırıqların və qərara alınmış məsələlərin icra vəziyyəti, eləcə də 2022-ci il üzrə fəaliyyət planında nəzərdə tutulan tədbirlərə və onların operativ icrasının təşkilindən irəli gələn vəzifələrə dair müzakirələr aparılacaqdır.
İclasda işçi qrupa üzv olan dövlət orqanlarının, eləcə də özəl və beynəlxalq şirkətlərin məsul şəxsləri iştirak edəcəkdir.