Başlama vaxtı: 24.12.2021 14:00
Bitmə vaxtı: 24.12.2021 16:30
“Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” işçi qrupunun 24 dekabr 2021-ci il saat 14:00-da “Zoom” onlayn platforması vasitəsilə növbəti iclasının keçirilməsi nəzərdə tutulmuşdur.
İclasda İşçi qrupunun əvvəlki iclasında verilmiş tapşırıqların və qərara alınmış məsələlərin icra vəziyyətinin, 2021-ci il üzrə fəaliyyətin planında nəzərdə tutulan tədbirlər üzrə görülmüş işlərin və icrası tamamlanmayan tədbirlərin mövcud statusunun və onların yekunlaşdırılması ilə bağlı görüləcək işlərin, eləcə də 2022-ci il üçün Fəaliyyət Planının yekun layihəsinin müzakirəsi planlaşdırılır.