“Maliyyə xidmətləri” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2023-cü il üzrə Yol Xəritəsinin təqdimatı keçiriləcəkdir

Başlama vaxtı: 29.12.2022 11:00

Bitmə vaxtı: 29.12.2022 12:30

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı İşçi Qrupunun 27 dekabr 2022-ci il tarixində saat 11:00-da “Webex” onlayn platforması vasitəsilə növbəti iclasının keçirilməsi nəzərdə tutulur.

İclasda İşçi Qrupunun 2023-cü il üzrə Fəaliyyət Planı (layihə) və Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Maliyyə xidmətləri” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşdirmələrin həyata keçirilməsinə dair 2023-cü il üzrə Yol Xəritəsi haqqında məlumat veriləcək, daha sonra Fəaliyyət Planı və Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində qrup üzvləri ilə qarşılıqlı müzakirələr aparılacaqdır.

YER: “Webex” onlayn platforması.

GÜNDƏLİK - 27.12.2022 - "Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı" işçi qrupunun iclası