"Texnologiya və innovasiyalar" işçi qrupunun iclası

Başlama vaxtı: 10.08.2022 15:00

Bitmə vaxtı: 10.08.2022 17:00

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar İşçi qrupunun 2022-ci il 10 avqust tarixində növbəti görüşü baş tutacaqdır.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əqli Mülkiyyət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri və eyni zamanda ekspertlər iştirak edəcəkdir.

Görüşün keçirilməsində məqsəd Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Texnologiya və innovasiyalar işçi qrupunun 2022-ci il üzrə Fəaliyyət Planının və 2021-ci ildə qəbul edilmiş Qərarların icrası ilə bağlı ümumi vəziyyətin müzakirəsidir.

Eyni zamanda, görüşdə ölkəmizin beynəlxalq reytinqlərdə nüfuzunun yüksəldilməsi və yerli innovasiya ekosisteminin inkişafına dəstək məqsədi ilə “Qlobal innovasiyalar indeksi”ndə Azərbaycan üzrə mövcud olmayan və ya yenilənməmiş məlumatlar ilə bağlı həyata keçirilən tədbirlərlə bağlı müzakirənin aparılması nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun rəhbəri qismində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi çıxış edir

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun növbəti iclasında iştirak etmək istəyən şəxslər https://azranking.az/online-apply onlayn müraciət bölməsi vasitəsilə müraciət edə və müzakirələrə qoşula bilərlər.

GÜNDƏLİK - 10.08.2022 - "Texnologiya və innovasiyalar" işçi qrupunun iclası